Sonuncu Liliya - Orxan Zeynallı

Sonuncu Liliya - Orxan Zeynallı

Альбом
Yaş Gəlir
Год
2012
Язык
`Azerbaidžāna`
Длительность
156130

Zemāk ir dziesmas vārdi Sonuncu Liliya , izpildītājs - Orxan Zeynallı ar tulkojumu

Dziesmas vārdi " Sonuncu Liliya "

Oriģinālteksts ar tulkojumu

Sonuncu Liliya

Orxan Zeynallı

16-cı mərtəbədən baxırsan saraya

Mən isə sənin gözlərində görürəm saraylar

Ərköyün şahzadə, fikir vermirsən haraya

Məni bu hisslər görən sonda aparacaq haraya?

Deyirlər — sevgi səhər dumanı kimidir, sıx və tez itən

Mən də çıxacam bir gün cümləndəki mötərizədən

Sahildəsənsə, dəniz artıq maraqsızdır

Cənnətdəsənsə, mənə həyat maraqsızdır

O güllər solacaq, atılacaq

Xoş sözlər bir gün unudulacaq

Gecə gələcək, yenə günəş yatacaq

Amma ki, nəğmələr qalacaq əbədi yaddaşda

Sözlər deyilib artıq, mənə susmaq qalır

Əlindən tutsam belə ürəyin uzaq qalır

Ağlında mən olum, qoy, yadında mən qalım, qoy

Çılğın notlarla saf ürəyini mən alım, qoy

Yenə təxirə salınır səfərlər

Yeni doğmalar köhnə şəhərdə

Yenə qələmim yaradır dənizlər

Buruq saçına burulanda sətirlər

Uçmaq istəsən, tut əlimdən

Gülüşün görünür gözlərimdən

Səbəbin soruşma heç nəyin məndən

Sənə atdığım ilk addım bu nəğmə

Mənim vicdanımda çox göz yaşı var, bilirəm

Xoşbəxtliyi qənaətsiz xərcləmişəm, bilirəm

Belə bir hədiyyəyə layiq deyildim, bilirəm

Amma ki, möcüzələrə inanmağa haqqım var

Yalanın ən çox deyildiyi gündə sən doğuldun

Əlçatmaz arzulartək həyatımda quruldun

Və əgər dağılsa dünya, hər tərəf viran olsa

Razıyam sənlə xoşbəxtliyim hətta bir an olsa

Yenə də nəğmələrdə ümidsiz sətirlərdir

Sevgilər birtərəfli görüşlər qətillərdir

Və bir görüş həyatımdan günləri məhv etdikcə

Səni unudulmaz edən cəmi bir dəfə görməyimdir

Sualtı dünyada nağıl, sən orda şahzadə

Həyatım olsun yalan nağıl, təki sən şahzadə

Güzgüyə bax mələk olduğunu sal ara bir yada

Sənə son toxunuşum oldu sonuncu liliyada

Yenə təxirə salınır səfərlər

Yeni doğmalar köhnə şəhərdə

Yenə qələmim yaradır dənizlər

Buruq saçına burulanda sətirlər

Uçmaq istəsən, tut əlimdən

Gülüşün görünür gözlərimdən

Səbəbin soruşma heç nəyin məndən

Sənə atdığım son addım bu nəğmə

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā