Torpaqdan Ev - Orxan Zeynallı

Torpaqdan Ev - Orxan Zeynallı

Год
2020
Язык
`Azerbaidžāna`
Длительность
160030

Zemāk ir dziesmas vārdi Torpaqdan Ev , izpildītājs - Orxan Zeynallı ar tulkojumu

Dziesmas vārdi " Torpaqdan Ev "

Oriģinālteksts ar tulkojumu

Torpaqdan Ev

Orxan Zeynallı

Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ

Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ

De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?

Olmaz bir qarışından düşmənə pay, Qarabağ

Salam, əsgər!

Danışır Vətən

Sağ ol ki, varsan!

Bünövrəsi millət olan evdə sən bil ki, divarsan

Həm oğulsan, həm ata

Həm qardaş, həm də ki yarsan

Bilirdim ki, gələcəksən

30 ildir tərk-i diyarsan

Döyüşə gedir igidlər

Gedir ömürlük yurda

Əmrini verir komandir

Qışqırır bölük burda

'92 fevralında qar içində qaçan körpələr

Əridib buzlar içində

Böyüyüb dönüb qurda

Döyüşə gedir igidlər

Qulaqlarında "Dəyirman — Ya Qarabağ, ya Ölüm"

"Kor Zabit", "Okaber - Taboo"

"Guantanamero", "Marş"

"İgid Əsgər - Şəmistan"

Sənə hər an can qurban

Sən olasan Gülüstan

Nigaran ananın göz qapaqlarında gir, islan

Əllərindən öpürəm, ana

Qəlbində bitsin üsyan

Doğsun günəş camalında

Kəsilsin əbədi leysan

Oğlun bitirdi hicran

Evinə dönür, gör, neçə insan

Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ

Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ

De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?

Olmaz bir qarışından düşmənə pay, Qarabağ

Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ

Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ

De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?

Olmaz bir qarışından düşmənə pay, Qarabağ

Bağışlasın şəhid anaları qələbə sevincimizi

Şad olur ruhlar düşmənin yerə dəyincə dizi

Sizin gözyaşlarınıza qurban hər nəfəsimiz

Xeyirin açarı bizdədir, açılır şər qəfəsimiz

Vicdanım vermir izin

Qürbətdən döyüşə səsləyim

Yazmaq asandır mahnılar isti otaqlardan

Ədalət eşqi də qoymur yazım

"Döyüşü kəs!"

deyim

Sizin silah üstün qələmdən soyuq torpaqlardan

Könüllü gənclər küçədə

Əyilməz ordu bizdə

Bu döyüş Mübariz'in adına layiq sonluq istər

Yaxşı ki, var idin Çingiz

Bu tarix sənlə başladı

Cəbhədə demir heç kim bu gün

"Qayıdın, n'olub sizə?!"

Döyüş başlar, masalar boşalar, danışıq bitər

Həsrətin üzdüyü torpaqlarımıza qayğı verək

Qulaqlarını aç, Qarabağ!

Danışır Vətən

Qapını aç, Qarabağ!

Övladların qayıdır evə

Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ

Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ

De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?

Olmaz bir qarışından düşmənə pay, Qarabağ

Qoyulmayacaq qərənfillər daha cüt say, Qarabağ

Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ

De varmı gözəlliyinə bu cahanda tay, Qarabağ?

Olmaz bir qarışından düşmənə pay, Qarabağ

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā