Biz Insan Deyilik - Orxan Zeynallı, Jamal Ali

Biz Insan Deyilik - Orxan Zeynallı, Jamal Ali

Альбом
Biz Insan Deyilik
Год
2010
Язык
`Azerbaidžāna`
Длительность
179140

Zemāk ir dziesmas vārdi Biz Insan Deyilik , izpildītājs - Orxan Zeynallı, Jamal Ali ar tulkojumu

Dziesmas vārdi " Biz Insan Deyilik "

Oriģinālteksts ar tulkojumu

Biz Insan Deyilik

Orxan Zeynallı, Jamal Ali

Sürücü gözündə üstündə 20 yazılı bir qəpik

Rəqibimiz gözündə adi yaxşı, ya da ki pis təpik

Müəllimin gözündə parta arxasında bir obyekt

Jurnalist gözündə sual-cavab adi bir anket

Bankirin gözündə kredit, bir illik, on illik

Sığorta işçiləri gözündə pul əvəzində əminlik

Dərinlik neft çıxartma institutunda bir buruq

Biz kimik, kiminçün üstündən keçiləsi bir yoluq

Biz kimik ki, əbədi gözəlliklər içdə bir ləkə

Üstünük biz elə düşünürük, o dur ki, nəfsimiz yekə

Bəxtimiz, ümidimiz bağlı daim bir tükə

Qoşulmuşuq kainatda insan adlı bir yükə

Adamyeyən yığımı sanki bütün şəhər, bütün ölkə

Onların gözündə düzdür, bizdə yağlı bir tikə

Görən varmı təhlükə?

Gecikməmiş tez qaçsaq

İnsan deyilik mövzusunda söhbəti biz açsaq

Yüz sədd var yollarımda

Düz, səhv var mənim ağlımda

Ayaqlarımda hələ güc var

Zirvəyə tərəf sürünməyə yetər

Yüz sədd var yollarımda

Düz, səhv var mənim ağlımda

Ayaqlarımda hələ güc var

Zirvəyə tərəf sürünməyə yetər

Yenə də mən dilimin ucuna sözümü düzürəm, yüzünün üzünə deyirəm

İstər əbədi, istər ani fikirlərdə mən tək üzürəm

Bir əlimdə əlcəyimlə, o biri əldə mikrafonla

Həyatım adlı marafonda, heç bir taxta həris olmuram

Qayıdaq söhbətə, biz kimin gözündə nə yerdəyik?

Bəzi valideynlər gözündə iş birliyinə vasitəyik

Sənin qızın, mənim oğlum, göbək kəsdi, verdi, getdi

Elə bil ki, insan deyil, personajdı — Sega, Dendy

Ağıl deyil başda fendir, qızların çoxu manikendir

İnstituta gedir evlənməkçün, sino gedir sülənməkçün

Qeyrət hissi dirilib indi, təklənib və döyülüb indi

Siqaret boyda düdüklər də siqaret çəkib böyüyüb indi

Görünüb indi, nəhayət qollarımda qanadlar

Yerəmi endi fəlakət adlı gəlmə qonaqlar?

Kanallar, qoy bu söhbəti çəkməsin!

İnsan deyilik mövzusun efirə verməsin!

Yüz sədd var yollarımda

Düz, səhv var mənim ağlımda

Ayaqlarımda hələ güc var

Zirvəyə tərəf sürünməyə yetər

Yüz sədd var yollarımda

Düz, səhv var mənim ağlımda

Ayaqlarımda hələ güc var

Zirvəyə tərəf sürünməyə yetər

Yüz sədd var yollarımda

Düz, səhv var mənim ağlımda

Ayaqlarımda hələ güc var

Zirvəyə tərəf sürünməyə yetər

Yüz sədd var yollarımda

Düz, səhv var mənim ağlımda

Ayaqlarımda hələ güc var

Zirvəyə tərəf sürünməyə yetər

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā