Çağırdım - Orxan Zeynallı, Gula

Çağırdım - Orxan Zeynallı, Gula

Альбом
Biz Insan Deyilik
Год
2010
Язык
`Azerbaidžāna`
Длительность
275410

Zemāk ir dziesmas vārdi Çağırdım , izpildītājs - Orxan Zeynallı, Gula ar tulkojumu

Dziesmas vārdi " Çağırdım "

Oriģinālteksts ar tulkojumu

Çağırdım

Orxan Zeynallı, Gula

Hər keçən günün sonunda eyni səhərlərdən bəhs edəndə

Süni günlər solğun üzümə süni gülüşü geydirəndə

Düşündüm səhvmi qurulub görən daim dönən dünya?

Etdiyi fəlakətlərlə insanları söyən dünya

Fərqi yox, pessimist, optimistmi mövzularım

Dərin sayılan arzularım, dayazlaşdı sən gedincə

Gözümü çox çirkin səhnələrdə qapalı saxlamışdım

Gözüm yumulu qaranlıqda, göz yaşına büründükcə

Qısa metraj filmlərdə baş rollar yadda qalmır

Bunu bilirdim, amma həyatımız bütöv zənn edirdim, yanıldım

Yenə də qırıq qəlbi yeni bir sevgiliylə bərkitmək istəmişdim

Göz yaşları yolumu kəsdi, ağladım

Sevmək qırıq qəlblə necə də çətin bir iş!

Qəmli dönüş, addımlarda həvəs yoxdur (ümid yoxdur)

Saxladım özümü, son nəfəsin intizarı da məni çox sıxırdı

Yoluma son, yoluma davam — çaşıb qaldım

Mən həyatımı yenidən yaşamaq istədim

Ölüm astanasında

Mən güzgüdəki qəm kədərimi gizlədim

Gözümün qarşısında

Mən sənsizlik hissi nədir bilmədim

Şirin yuxularımda

Mən çağırdım, sevərək səni səslədim

Sənsə yox oldun o anda

Gördüyüm o gözəl gözlər, qəlbinlə ayaqlaşmır

Deyilən o xoş sözlər, əməldə reallaşmır

Nə vaxt ki, qəmli hisslər nəğmələrimə qonaq gəldi

O təmiz məhəbbətin ləçəklərini önümə sərdi

Bir qədər rahatlaş sən, üzüntü səbəbsizdir

Bu dünya qəddar, amma təslim olmaq gərəksizdir

İntihar — ölmüş ruhun azadlığının əks sübutu

Günəş yaxınlaşanda gülən gülün üzündə qorxu

Əynində bəyaz libas, cizgilərin çox cəlbedici

Tək gülüşündür miras, qalanlar sənlə gedəcək

Sevgi də ölüm kimidir, çox vaxtsız və xəbərsiz gəlir

Boş otaqda tək-tənha, burunda tanış ətir

Deyirsən — haqsızlıq dünyası, dünya necə etsin ki?

Axır ki, insanlar da qarşılıqsız sevə bilsin

Düz yollar Allahın işi, döngələri şeytan yaratdı və

Mələk gözlü gözəl son addımını döngədə atdı

Mən həyatımı yenidən yaşamaq istədim

Ölüm astanasında

Mən güzgüdəki qəm kədərimi gizlədim

Gözümün qarşısında

Mən sənsizlik hissi nədir bilmədim

Şirin yuxularımda

Mən çağırdım, sevərək səni səslədim

Sənsə yox oldun o anda

Son seçim edilib artıq səhvmi, düzmü önəmsizdir

İndi gözəlliyindən yazan şair qələmsizdir

Son illər onun həyatı çox dəyişdi, amma həyat hələ də eyni

İlk addımda həyəcan, amma son dayanacaq hamıya bəlli

İzdiham… qəlbdə yaranıb akustika, döyüntülərinin əks sədası

Sevginin də qoyulub artıq son nidası

Mistika… yuxu olaydı kaş ki, burda epizodik bir hal belə

Bu reallıq bu qəlbimçün çox ağırdır

Kim üçünsə ilham pərisi yanan Roma

Mənəsə o gözlər də bəsdir demişdim, indi o gözlər

Yumulub artıq, yaş artdıqca dünya dəyişir baxış açımda

Yalanlar üzə çıxır, ümidlərsə indi dar ağacında

Kölgələrimin ən sevimli duyğusuydu

Əl-ələ qaçıb gizlənirdik günəşdən, onlar qeyb olurdu

O vaxtlar mənə yad idi bu hiss, indi fikirləş

Mən kiminsə kölgəsi, sənsə o kölgəni batıran günəş

Mən həyatımı yenidən yaşamaq istədim

Ölüm astanasında

Mən güzgüdəki qəm kədərimi gizlədim

Gözümün qarşısında

Mən sənsizlik hissi nədir bilmədim

Şirin yuxularımda

Mən çağırdım, sevərək səni səslədim

Sənsə yox oldun o anda

Mən həyatımı yenidən yaşamaq istədim

Ölüm astanasında

Mən güzgüdəki qəm kədərimi gizlədim

Gözümün qarşısında

Mən sənsizlik hissi nədir bilmədim

Şirin yuxularımda

Mən çağırdım, sevərək səni səslədim

Sənsə yox oldun o anda

Mən həyatımı yenidən yaşamaq istədim

Mən çağırdım, sevərək səni səslədim

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā