Aid Vuracaq Qol - Orxan Zeynallı

Aid Vuracaq Qol - Orxan Zeynallı

Альбом
Singles
Год
2014
Язык
`Azerbaidžāna`
Длительность
214770

Zemāk ir dziesmas vārdi Aid Vuracaq Qol , izpildītājs - Orxan Zeynallı ar tulkojumu

Dziesmas vārdi " Aid Vuracaq Qol "

Oriģinālteksts ar tulkojumu

Aid Vuracaq Qol

Orxan Zeynallı

Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri

Təbim gecələr bol — zəhəri dərdimin bitməsin, doldursun dəftəri

Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri

Təbim gecələr bol — qapısın bərk bağla beyninin, AiD vuracaq qol!

Repim səni sıxır kommunal borc kimi

Sən xəritədə yersiz, Kamboca kimi

Gir qucağa, çağır çağa kimi köməyə məni

Ya da yağ bıçağı götür, gəl öldürməyə məni

Sevgilinin gözünü yum səhnəyə mən çıxanda

Özüm gəlməmişəm, arzuladın, mən çin oldum

Sən «brak» doğulmusansa, günahkar Çin deyil bro

Cəmiyyətə yeni nəfəsdir bu, içində mentol

İntellektual, qlamur qızlarımız «tipo-tipo»

Baxdıqları kino — Titanic, bir də Zita-Gita

O margarito… bura Bakı yoxsa bura Kito?

Dilindəki ton, elə bil ki, sözü çəkir iki ton

Brendlər ən yaxın dost dar gündə, hər işdə

Efirlər həyat öyrədir həm əvvəldə, həm «finish"də

Və bizə qarşı olan bəzi-bəzi verlişlər

Bilin, biz ildən-ilə yüksəlişdə, siz enişdə

Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri

Təbim gecələr bol — zəhəri dərdimin bitməsin, doldursun dəftəri

Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri

Təbim gecələr bol — qapısın bərk bağla beyninin, AiD vuracaq qol!

Repim səni dəyişir dövran kimi

Xan kimi danışırsan Jeep-ə oturan kimi

Sanki, Franklin-in sürüsündəsən mal kimi

Çəməninə bağlayır səni qandal kimi

Cavanlar qışqırır küçələrdə, nəsə istəyir

Qocalar çay içir və xilas edir bəşəriyyəti

Bakını bürüyüb qara bulud, bir də bir az da stress

Bakıya lazım deyil pul, lazımdır sex

Sistem sıxdıqca sıxılmaqdan zövq alırsınız

Xarab bütün məhsulları pisliyib, söyüb alırsınız

TV-də bazar verlişlərində gedən bazarlıq

Manıslar topdan satılır, bu fəsil biz qazandıq

Mən söz soxuram, söz girmir, deşik çox balaca

Cibləri böyüyən cəmiyyətin beyni çox balaca

Süfrə açdım sözlərdən hər mətbəxə uyğun

Bilirəm, bu banketdən sonra çoxu tox qalacaq

Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri

Təbim gecələr bol — zəhəri dərdimin bitməsin, doldursun dəftəri

Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri

Təbim gecələr bol — qapısın bərk bağla beyninin, AiD vuracaq qol!

HOST Production, səsim çatır hər insana

Bizim ikona — dəyişmirik pula, mikrofonu

Mənim ifamı qoy «ringtone"a BlackBerry, iPhone-a

Mənim motorum «opora», mənim susmağımdır «fora»

Bu maratonda qələbə verir mənə kantora

Mən ora-bura burun soxmadan çıxdım monitora

Mənə «korona» lazım deyil girmək üçün dona

Nəqarəti xorla oxunaraq track’im çatır sona

Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri

Təbim gecələr bol — zəhəri dərdimin bitməsin, doldursun dəftəri

Qara küçələr bol — şəhərin hər tini dinləsin, yelləsin əlləri

Təbim gecələr bol — qapısın bərk bağla beyninin, AiD vuracaq qol!

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā