Yarımçıq Həyat - Orxan Zeynallı, Ayka

Yarımçıq Həyat - Orxan Zeynallı, Ayka

Альбом
Biz Insan Deyilik
Год
2010
Язык
`Azerbaidžāna`
Длительность
208240

Zemāk ir dziesmas vārdi Yarımçıq Həyat , izpildītājs - Orxan Zeynallı, Ayka ar tulkojumu

Dziesmas vārdi " Yarımçıq Həyat "

Oriģinālteksts ar tulkojumu

Yarımçıq Həyat

Orxan Zeynallı, Ayka

Barmenin qarşısında iki bakal, ikisi də yarımçıq süzülüb

Birində şərab, digərində mənim həyatım

Düzülüb gözlərimdə səhv atdığım hər addım, sayını unutdum

Qolumda saat işləmir

Mən artıq zamanı buraxdım talehin hökmünə

Mən artıq ölmüşəm ya sabah öləcəm, fərqi nə?

Dilim də quruyub artıq, səbəbi sənlə olan son öpüş

Geriyə atdıq, bilirdim qəmli olacaq son dönüş

Həyat təkrarlanır, elə bil dejavu

Şəhərin mərkəzi passaj, mənə tanışdı bu

Əl-ələ qaçırdıq biz, elə bil tələsirik

İndi isə bu vəziyyətdə sadəcə əsirik

Sənin indi öz ailən var, mənimsə kiçik daxmam

İndi mən pis vəziyyətdəyəm, gözünü çək, bir də baxma!

Görmə məni bu çirkin içində

Görəsən tanıyarsan mı məni kütlənin içində?

Düz seçim etdin, yaxşı birini tapdın

Bizimsə sevgimizi sadəcə bir səhv bilib həyatın beşiyinə atdın

Birgə şəkillərimizi isə

Yəqin ki, çoxdan zibil yeşiyinə atdın…

Uzaq gəmi, bu sahildən qurtar məni, burax uçum göylərə

Orda mən ayaqlarımı isladıb, yağışın damcısında gizlənib

Hiss edim, necə düzüləcək yollara dərdlərim açılmış qollara

Sən inan, onlar səni qucaqlayıb, qoşulub dərdinə sənin, ağlıyım?

O səni aparır restoranlara, o səni gəzdirir

O hər şirin sözüylə güldürür, özünə sevdirir

O ədəbli, yerini bilən, tərbiyəli

O sənə şeir yazır, bəzən romantik, bəzənsə qəmli

O sənə hədiyyələr verir, məndən fərqli olaraq

O sənin pis, yaxşı günlərində tək buraxmır

Həyata tam hazırdır, məndən fərqli olaraq

O bacarır düzgün dayaq olmağı, səhv buraxmır

O əsl şahzadə sənin xəyallarındakı

O həyatdan hədiyyə sənin röyalarındakı

O səni qorumağa hazır hər bir çətinlikdən

O səni isidir istiliklə qollarındakı

Diqqətlidir sənə qarşı, həm də çox

O çoxlu pul qazanır, amma gözlərisə daim tox

Cəmiyyətdə hörmətlidir, atan, anan da çox sevir onu

Səliqəli görünüş, daim uğur izləyir onu

O mənim düşmənimdir, bəlkə də yaxşı olduğu üçün

Səni mən atdıqdan sonra o səni tapdığı üçün

Mən heç bilməzdim ki, məndən də yaxşıları var

Mən heç bilməzdim ki, ciddi sevən insanlar var

Bir vaxt əyləncə idin mənimçün, vaxt keçirirdim

Özümdən çox razıydım, çox qız sınaqdan keçirirdim

Amma mən bilməzdim ki, nə vaxtsa belə olacaq

Məndən daha yaxşısı səni məndən alacaq

Uzaq gəmi, bu sahildən qurtar məni, burax uçum göylərə

Orda mən ayaqlarımı isladıb, yağışın damcısında gizlənib

Hiss edim, necə düzüləcək yollara dərdlərim açılmış qollara

Sən inan, onlar səni qucaqlayıb, qoşulub dərdinə sənin, ağlıyım?

Uzaq gəmi, bu sahildən qurtar məni, burax uçum göylərə

Orda mən ayaqlarımı isladıb, yağışın damcısında gizlənib

Hiss edim, necə düzüləcək yollara dərdlərim açılmış qollara

Sən inan, onlar səni qucaqlayıb, qoşulub dərdinə sənin, ağlıyım?

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā