Zamanın Ruhu - Orxan Zeynallı, PRoMete

Zamanın Ruhu - Orxan Zeynallı, PRoMete

Альбом
Biz Insan Deyilik
Год
2010
Язык
`Azerbaidžāna`
Длительность
256700

Zemāk ir dziesmas vārdi Zamanın Ruhu , izpildītājs - Orxan Zeynallı, PRoMete ar tulkojumu

Dziesmas vārdi " Zamanın Ruhu "

Oriģinālteksts ar tulkojumu

Zamanın Ruhu

Orxan Zeynallı, PRoMete

Mənə qələm ver, sənə söz verim!

Mənə yalan ver, sənə düz verim!

Mənə doğru göstər, sənə göz vurum!

Sözlər yaxşıdır, amma pis durum

Bu uçurum hələ çox uçuracaq ayağı boşları

Başı boşluğa, dost, bil, pisliyə milçək yığışır

Səhvdir!

Pislik kömək edir dostluğa, dost bil

Dost sil yaddaşına oturdulmuş hər şeyi!

Bu TV, bu xəbər, bu qəzet, bu saytların hamısı

Zibil ki, içinə girdin çətin çıxarsan

Qloballaşarsan, qlobal baxarsan

Qlobal atarlar, qlobal yatarsan

Səsini kəs ki, genini kəsməsinlər

Axı bu gün oğulsan, sabahsa atasan

Lay-lay dedim şirin yuxu tapasan…

Beşiyi yellə, yatır körpələr

Kürə fırlanır, hər yer üçbucaq

Piramidalar, daha nələr-nələr

Simvolika dolu künc-bucaq

Beşiyi yellə, yatır körpələr

Kürə fırlanır, hər yer üçbucaq

Piramidalar, daha nələr-nələr

Simvolika dolu künc-bucaq

21-ci əsr, virtual zombilər, seks hərisləri

Telehipnoz, inanılmaz -lar, unudulmaz brendlər

Paylanan flayer-lər, müasir bomba taymerlər

İnformasiya deşiyidən buraxılmış şayiələr

Avropa ölkə ananız Amerika, tək dayələr

Nağıl danışmayın Amerikanın demokratiyasından

İstəyirsiniz Kennedini dirildib ondan soruşaq hər şeyi?

(Hə?!)

Bizə mədəni olmağı öyrətməyin, ağıl verməyin!

Bizdə şərq qanı var, türk ruhu var, şəriət var!

Bizə kömək əlinizi də uzatmayın dar günümüzdə!

Bizdə texnika yox, amma qanda cəsarət var!

Sizin o Allahsız, özünü üstün tutan düşüncəniz

Bizim üçün göydə cənnət, yerdə isə cəhənnəm var

Ölkədə nə problem varsa həll edərik, qarışmayın!

Bizdə də ölkədə dayaq ola biləcək düşüncəli gənclər var!

Beşiyi yellə, yatır körpələr

Kürə fırlanır, hər yer üçbucaq

Piramidalar, daha nələr-nələr

Simvolika dolu künc-bucaq

Beşiyi yellə, yatır körpələr

Kürə fırlanır, hər yer üçbucaq

Piramidalar, daha nələr-nələr

Simvolika dolu künc-bucaq

Arxaik soyqırımlar və neo genosidlər

İslam maskası altda gizli terror, parazitlər

BMT qətnamələrinə bu gün tüpürən yoxdur

Karvan keçir, amma arxasıyca hürən yoxdur

Hardadır dünya birliyi, Unicef sosial yardım?

Afrika körpələri ölür, Hollywood depressiyada

Görəsən bu gün hansı brilliantımı yaxamdan asım?

Məhv olur bütün dünya, məhv olur korrupsiyada!

Artıq bəsdir kiçik ölkə mövqeyində qaldıq!

Gücü biz Havadan, Oddan, Sudan, Torpaqdan aldıq!

Kriminal videolardan və seriallardan

Nümunə götürmədik, özümüzü üstün saydıq

Güc axı birlikdədir, güc axı bir olmaqdadır

Niyə bu qonşu olkələrdə var, amma bizdə yoxdur?

Bəsdir qırdıq bir birimizi, bəsdir yaxadan dartdıq!

Bilirəm var ümid içdə, amma niyəsə hələ ki, üzdə yoxdur!

Beşiyi yellə, yatır körpələr

Kürə fırlanır, hər yer üçbucaq

Piramidalar, daha nələr-nələr

Simvolika dolu künc-bucaq

Beşiyi yellə, yatır körpələr

Kürə fırlanır, hər yer üçbucaq

Piramidalar, daha nələr-nələr

Simvolika dolu künc-bucaq

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā