Bülleten - BADCLAUSE

Bülleten - BADCLAUSE

Год
2020
Язык
`Azerbaidžāna`
Длительность
177770

Zemāk ir dziesmas vārdi Bülleten , izpildītājs - BADCLAUSE ar tulkojumu

Dziesmas vārdi " Bülleten "

Oriģinālteksts ar tulkojumu

Bülleten

BADCLAUSE

Yenə həmən sfera, yenə həmən dilemma

Çıxış yolunu tapmayan yeniyetmə əl atır intahara

Yar olmaq asansa yaralıya bir dəfə yar ol

Hamı düzgün sevgi axtarır, heç kim demir — məndə var o

Dünya buraxıb özünü, yox çərçivə, yox nə qanun

… yol çoxdur getməyə, amma yox işıq tutanım

Dedilər mənə ki, yaz-yarat, inan çoxalan dərd azalır

O qədər şeir yazdı, amma heç gülə bilmədi bu zalım

Həyat döyüş, udan yoxdur, uduzur hamı

Mənliyin uduzan insanlar var neynirəm pul uduzanı?

Biləyi bükülməyən kəsi də kimsə pulla vurub uzadır

Padşah utanmır, icmada qul qızarır

Düşün, otur, düşün-daşın gör ki, sən busanmı?

Bu qədər əziyyət çəkmişik, səhv eləmişiksə bəs düz hanı?

Popçuların içində ture-luqdan rap usanıb

Qızdan zaddan yazacam çarpayımda tək uzanıb

Bizim həqiqətlərimiz ayrı

Biz bu xülyada qəriblərik

Bizdən gedən hamı peşman olub yenə geri qayıdır

… nəsə qəribədir

Boyayıb gözlərimizi nə yoxdursa var dedilər

Həqiqət axtarışına çıxanlara yad ünvan dedilər

Oxu tar, oxu tar dedilər, oxu qurtar dedilər

Dözə bilmədi Elinalar, tək yol intihar dedilər

Başa düşmür səhvini, dəyir ağlın küt yerinə

Efirdə qalmaqal salır, düşür səhər bülleteninə

Bu ölkədən necə sənət gözləyim axı mən?

Uğur halal deyil, sənətçi verirsə produserinə

Xeyir üçün, ya şər üçün, axı, susmuşuq nələr üçün?

Vicdan, insaf, ədalət yox, öldürmüşük hər üçün

Artıq real hip-hop, true yemir innovativ gənclər çün'

Kütlə itirir anlayışını dildə ancaq cənq-cünq

Tufana bel bağladınız bu badi səbada

Sizə görə new generation panamera, 90's samakat

Ayağım qandallıdır, çiyində yük, əlimdə çamadan

Gedirəm həqiqəti tapmağa, siz sağ, mən də salamat

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā