Ata Yurdu - BADCLAUSE, PRoMete

Ata Yurdu - BADCLAUSE, PRoMete

Год
2020
Язык
`Azerbaidžāna`
Длительность
210330

Zemāk ir dziesmas vārdi Ata Yurdu , izpildītājs - BADCLAUSE, PRoMete ar tulkojumu

Dziesmas vārdi " Ata Yurdu "

Oriģinālteksts ar tulkojumu

Ata Yurdu

BADCLAUSE, PRoMete

var donan qəhər yanaqda ki, başqa ifadəsi yoxdur

illərdir xarıbülbül pərişan, dürdanəsi yoxdur

iti iti qovan kimi qovarlar, istiarəsi yoxdur

ya qarabağ, ya ölüm var, başqa bir çarəsi yoxdur!

var elə igidlərimiz ki, onları görən qoşunlar dönür

bayrağı sancan əsgərin sevincdən işıldar gözü

qayıdır qanlar, qayıdır cismin aldığınız canlar

tarix geri qayıdır + xankəndinin işıqları sönür

içimdə qartıyıb harayım

elə bir həsrət ki, bu çətin tutar sarğılar yaramı

nadanlıq edirlər bağlayıb qapısın sarayın

say görüm neçə düşmən meyidi ovudar ağlayan ananı!?

sərəncamlar əleyhimizə minir qüvvəyə

öldürə bilmir ruhun döyüşə hazır cavanların

insanda vətən sevgisi baxmadıqca ali rütbəyə

yəqin ki, qarşısın almaq mümkündür bu cür halların

əlimdə bayraq, şüarım, əhd+ilqarım – qarabağ

sənin hər qarışına qurban gözüm, canım, qarabağ

min cahu+cəlalla qayıdır övladların qarabağ

sən mənim iftixarım, şərəfim, şanım qarabağ!

(hicranım qarabağ…)

qara buludlara bürünəcək şəhər

bombalar yağacaq yenə

qaçacaq yağılar meşəyə

neçə yanar ürək qayıdacaq evinə

qara buludlara bürünəcək şəhər

yağacaq bombalar yenə

qaçacaq yağılar meşəyə

neçə yanar ürək qayıdacaq evinə

92 duymadı şəhid harayını

həmin o karlardır ki, dəstəkləyir terrorizmi

nəticəsi olmadı aak+ın vi qurultayının

avropa birliyi hələ də qaneedici detal istəyir

illərlə qanlar axdı, illərlə vətən sağ oldu

neçə övlad ətri qarışdı səngərdə barıt qoxusuna…

illərlə göz yumduğumuz dərdlər dönüb dağ oldu

və o dağ şəhid xəbəri çatdırır kasıbın qapısına

bizə “qorxaq” dedilər, biz həmişə ön cəbhələrdə

göz ardı edildik onlarca bəyannamələrdə

adımızı görsək də keçmişdə qanlı səhifələrdə

vuruşduq, əl çəkmədik, əsgər buraxmadı silahın əldən

çingizin yoluyla gedirik haqlı və düz yoldayıq

o qədər susmuşuq, bu təmkinliyimizin son halıdır

bütün cəsarətimizlə 27 il sonra murovdayıq

qarabağ tək ünvanımız!

bizimdir, bizim olmalıdır!

qara buludlara bürünəcək şəhər

bombalar yağacaq yenə

qaçacaq yağılar meşəyə

neçə yanar ürək qayıdacaq evinə

qara buludlara bürünəcək şəhər

yağacaq bombalar yenə

qaçacaq yağılar meşəyə

neçə yanar ürək qayıdacaq evinə

yanımda qapı+qonşum, gizlənmişik ağacın dibində

şaxtalı hava, ayaqyalın, yazığın əri də xəstədir

soyuq nəzər asılı durub nurani kişinin üzündən

faciə, ah+nalələr, dinməz güllə səsləri

buraları tanımıram, bilirəm ki, xeyli uzaqdır evdən

ərimdən xəbərsizəm, qızımı da onlar apardılar

yazıram son ümidimlə, bu məktubumu oxusanız əgər

bilin ki, qaçmamışıq, bizi zorla çıxardılar

qara buludlara bürünəcək şəhər

bombalar yağacaq yenə

qaçacaq yağılar meşəyə

neçə yanar ürək qayıdacaq evinə

qara buludlara bürünəcək şəhər

yağacaq bombalar yenə

qaçacaq yağılar meşəyə

neçə yanar ürək qayıdacaq evinə

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā