Sən Qanadsan - PRoMete

Sən Qanadsan - PRoMete

Альбом
14
Год
2011
Язык
`Azerbaidžāna`
Длительность
196050

Zemāk ir dziesmas vārdi Sən Qanadsan , izpildītājs - PRoMete ar tulkojumu

Dziesmas vārdi " Sən Qanadsan "

Oriģinālteksts ar tulkojumu

Sən Qanadsan

PRoMete

Mələklər bunu səmavi sevinc adlandırır

Şeytanlar isə cəhənnəm əzabı

İnsanlar isə buna sevgi deyir.

(Henrix Heyn)

Bu gün yenə evimdə yarım saatlıq qonaq idin

Cismin yanımda idi, özün isə uzaq idin

Fikirləşirdim, səni buraxmaram uzaqlara

Amma məni anlamırdın, sanki körpə uşaq idin

Hisslərin yenə kontrolda, sinirlərinsə üzdə

Mən sənə uçmaq təklif edirdim, sənsə üzmək

İnan mənə, belə anlarda çox çətin olur

Səni çox sevsəm də, sənin kaprizlərinə dözmək

Yenə köçmək və rədd olmaq buralardan

Hissləri qayıdır dərhal mənə bu anlarda

Toxunuşlar, sanki divara yaxılmış palçıq olur

Verdiyin qanadlarsa dönüb olur qoluma qandal

Kəs bütün bağlarımı!

Qanadsız da yaşayaram!

Sənsiz ölərəm, bilirəm, amma kim var ki, əbədi?

Dərviş kimi həyatımı belimdə daşıyaram

Olmasan bu ömürdə yaşamağımın səbəbi

Kim tək uçmaq istər?

Sən qanadsan, mən göyərçin

Soyuq ürəyin, eşq tumurcuq

Ürəyində çicəklər göyərmir

Kim tək uçmaq istər?

Sən qanadsan, mən göyərçin

Soyuq ürəyin, eşq tumurcuq

Ürəyində çiçəklər göyərmir

Əl-ələ tutmağımızı yadına sal (xatırla)

Barmaqlar iç-içə, tər su kimi ovuclardan axır

Əl-ələ gəzməyimizi yadına sal (xatırla)

Sanki bütün dünya çönüb birdən bizə baxır

Sən paxıl, amma elə bil ki, burda nəsə səhv bir şey

Mənimlə sevgilin yox, düşmən kimi davranırsan

Mən paxıl, səni bütün dünyadan üstün tuturam

Mənimlə dava edib, üzümə zəngləri bağlayırsan

Mən yalançı, mən həqiqi… Bu asılıdır əhvalımdan

Şən günlərin sayı — beşin ikiyə nisbətində

Gah düzəlir, gah pozulur, baş açılmır əhvalımdan

Görəsən daha nələr var, mənim bu qismətimdə?

Səbrim sanki ümman, sən içində üzürsən

İstəmirəm boğulasan, əvvəl boğulduğun kimi

Bezmirəm, yox!

Dözmürəm, yox!

Bu sətirlər başqa şeydir

Qəbul edirəm mən səni, olduğun kimi

Kim tək uçmaq istər?

Sən qanadsan, mən göyərçin

Soyuq ürəyin, eşq tumurcuq

Ürəyində çicəklər göyərmir

Kim tək uçmaq istər?

Sən qanadsan, mən göyərçin

Soyuq ürəyin, eşq tumurcuq

Ürəyində çicəklər göyərmir

Sən qanadsan, mən göyərçin

Kim tək uçmaq istər?

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā