Papa - PRoMete

Papa - PRoMete

Год
2020
Язык
`Azerbaidžāna`
Длительность
211910

Zemāk ir dziesmas vārdi Papa , izpildītājs - PRoMete ar tulkojumu

Dziesmas vārdi " Papa "

Oriģinālteksts ar tulkojumu

Papa

PRoMete

Bənd 1

Səni heç vaxt itirməkdən qorxmamışdım

«Dünyanı tutub durmalıdır bu adam» — düşünürdüm

Bacı zəng edib ağlayanda, yoxluğunu anlamışdım

Əynim qalın idi, amma yaman üşüyürdüm

O yolu necə sürdüm, o gecə düşür yadıma

Çatmaq istəyirdim yanına ki, eşidim son sözlərini

Amma ki, zaman bizi saldı ayrı bir dəfəlik

Girəndə mən evə, əbədi yummuşdun sən gözlərini

İndi vecimə deyil qafiyələr, ya da üslub

Yoxluğun diqtə edir yazdığım bu sətirləri

Heç bilirsən, sən gedəndən mamamız gül tək solub

Amma ki, güllərin də heç vaxt itmir ətirləri

Hər küləkdə, hər yağışda düşürsən sən yadımıza

Biz isti otaqlarda sən isə soyuq torpaq altda

Boğur qəhər anlayanda bu treki dinləməyəcəksən

Bu arada Sofiya da, Ramiz babanı çıxarmır yaddan

Nəqarat

Geriyə gətirmir səni dualar da

Sən indi hardasa uzaqlarda

Səsimiz eşidirsənmi görəsən?!

Eşidirsənsə işarə ver oralardan

Geriyə gətirmir səni dualar da

Sən indi hardasa uzaqlarda

Səsimiz eşidirsənmi görəsən?!

Eşidirsənsə işarə ver oralardan

Bənd 2

Yadıma düşür, birgə uzanıb tavana baxmağımız

Hamının atası ata, mənim atam isə hər vəziyyətdə dost

Böyük zövq idi səninlə bu cür danışmağımız

Müzakirələr, kitablardan, musiqidən və yaxud HOST

Deyərdin, «qazandıqların hədiyyədir, onların qədrini bil

Bu həyatda bir məcburiyyətin var, o da ki, ailən»

Bu gün, sənin yoxluğundan keçir artıq yarım il

Sən getmisən, amma möhkəmdir bizimçün qurduğun aləm

Haqqında danışmaq çətindir keçmiş zamanda

Sağalmayan yara yoxdur, hər şey sağalır zamanla

Görməyi sən öyrətmisən, hətta müsbət yamanda

İndi təbəssüm gətirir xatirən, sənli o anlar

O qədər hisslər var ki, sözlərdən aşıb keçər

Anlaşılmazdır zaman niyə insanları ayrı salır ki?!

Sənin yerini qoxunu sözünü axı nə əvəz edər?!

Ruhunun şadlığın diləməkdən başqa nə qalır ki?!

Nəqarat

Geriyə gətirmir səni dualar da

Sən indi hardasa uzaqlarda

Səsimiz eşidirsənmi görəsən?!

Eşidirsənsə işarə ver oralardan

Skit

(Ramiz İsaqovun oğluna whatsapp audio mesajı)

Pərviz, sənə mənə qurban olum… Bilirsən ki, papa səni nə qədər istəyir,

qurban olsun sənə ata?!

Allah sənə ömür versin, can sağlığı versin… Sofişivi

elə böyüdəsən ki, ürəyin necə istəyir, elə bir bala alınsın… bütün nəslimizin

üz ağı olsun, ata qurban olsun

Nəqarat

Geriyə gətirmir səni dualar da

Sən indi hardasa uzaqlarda

Səsimiz eşidirsənmi görəsən?!

Eşidirsənsə…

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā