Uçan Oğlan - PRoMete, Mc Virus

Uçan Oğlan - PRoMete, Mc Virus

Альбом
14
Год
2011
Язык
`Azerbaidžāna`
Длительность
234950

Zemāk ir dziesmas vārdi Uçan Oğlan , izpildītājs - PRoMete, Mc Virus ar tulkojumu

Dziesmas vārdi " Uçan Oğlan "

Oriģinālteksts ar tulkojumu

Uçan Oğlan

PRoMete, Mc Virus

Biz əlimizdə olanların dəyərini, ancaq təhlükə olanda hiss edirik

Elə bizə öyrədilən adi duanın da dəyəri birə-beş artır

Allahı da daha çox yada salmağa başlayırıq.

Qəribədir…

Belə baxanda insan üçün ən təhlükəli şey

Onu ölümə yaxınlaşdıran — yaşamaqdır

Hündür mərtəbəli bina, burdan hər şey ovuc içindəki boyda

Həyatdan doymaq çətindir, amma burda durub doymuş bir oğlan

O fikirləşir sonuncu dəfə, bəlkə də, elə ilk dəfə fikirləşir

Bütün olanı-keçəni, tərk etmək üçün bu bacanı-küçəni

Əllərin iki yana açır, uçur, uçur

Gözləyir onu aşağıda ölüm köçü

Əllərin iki yana açır, uçur, uçur

Gözləyir onu aşağıda ölüm köçü

Boş parklar və oturacaq

Bir gün sənə də dost olacaq

Tək-tənha sən bu şəhərdə

Sanki ən kövrək uşaq

Hər şey gözünün önündən keçir, sanki 35 millimetrlik lent

Həyətlərində yığışıb dost-tanışı, qurulub çadır, tent

Onu çağırır, ona toxunur, amma elə bil ki, ona fikir verən yox

Niyə ona belə saymamazlıq edir hamı?

Axı, pis nə edib görən o?!

Əllərin iki yana açır, çığır, bağır

Gözləri sanki bulud, yağır yağış, yağır

Nə isə dəyişib, maraq, şübhə, qorxu

Bədəni yüngülləşib, fikir ağır, ağır

Boş parklar və oturacaq

Bir gün sənə də dost olacaq

Tək-tənha sən bu şəhərdə

Sanki ən kövrək uşaq

Yadına düşür: axırıncı dəfə bura gəlməyindən yeddi gün keçib

İlk dəfə bu dama gələndə kim olacağına qərar verib, özün seçib

Ağırlıqla dolu həyatında çox ağırlığa dözüb, keçib

Amma sonda bezib yenə, durub, gəlib, ölüm seçib, uçub

Əllərin iki yana açıb, uçub, uçub

İnsanlardan uzağa qaçıb, gedib, köçüb

Təkliyi dost edib özünə, kimsəsiz gecələrdə tək-tənha

Vaxtı boş oturacaqlı parklarda səssiz keçir…

Boş parklar və oturacaq

Bir gün sənə də dost olacaq

Tək-tənha sən bu şəhərdə

Sanki ən kövrək uşaq

Boş parklar və oturacaq

Bir gün sənə də dost olacaq

Tək-tənha sən bu şəhərdə

Sanki ən kövrək uşaq

Boş parklar və oturacaq

Bir gün sənə də dost olacaq

Tək-tənha sən bu şəhərdə

Sanki ən kövrək uşaq

Boş parklar və oturacaq

Bir gün sənə də dost olacaq

Tək-tənha sən bu şəhərdə

Sanki ən kövrək uşaq

Mən də böyüyəndə uçmağı öyrənəcəm

Hündürdən uçmağı, lap quşlar kimi…

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā