Məna - Мири Юсиф

Məna - Мири Юсиф

Год
2021
Язык
`Azerbaidžāna`
Длительность
269490

Zemāk ir dziesmas vārdi Məna , izpildītājs - Мири Юсиф ar tulkojumu

Dziesmas vārdi " Məna "

Oriģinālteksts ar tulkojumu

Məna

Мири Юсиф

Mən əllərimlə bağladım gözlərini

Mən axtardım və tapmadım bu dərinliyi

Və sonra çırpıb yerə qan dizlərimi

Bürüsün, köz hisslərimi, sən daxili cəhənnəmim

Dözə bilsəydim, sənsiz boş əfsanələr

Günah nə səndə, məndə, nə zəmanədə

Günah nə şeytanın, nə tanrının, anla, sadəcə belədir tale

Ölməlidir pərvanələr

Biz səhv zamanda məkanda doğulmuşlar

Sürünür ilanlar və bax, uçur quşlar

Biz də ayaqları yerdən üzülmüşlər

Nə caynaqlarımız uzun, nə də ki, var iti dişlər

Sən çəkdiyin rəsmdəki qərib dünya

Mənim yazdıqlarım şeirdəki məna

Sənin tapdığın tanrı nə qədər gözəl

Mən isə axtarıram hələ də, ruhum dolaşır tənha

Mən isə axtarıram hələ də, ruhum dolaşır tənha

Mən bağladım içimdə şər hisslərimi

Mən gizlətdim hər kəsdən od gözlərimi

Mən istədim olum adi insan və sən

Qəbul edəsən məni və azca sevəsən yəqin

Töküldükcə səmadan yerə bombalar

Mən topladım göz yaşlarını torpaqdan

Mən ağladım körpəsin itirən anayla

İçim doldu nifrətlə, oldum qəddar insan

Biz səhv zamanda, məkanda doğulmuşlar

Uça bildiyimizi bilməyən quşlar

Və ağrılarımıza öyrəşib bədən

Dəysin qamçılar kürəyimizə, bizlərə xoşdur

Yalnız sənlə bitə bilər qaranlıq

Minlərlə ölmüş ümidlər və azadlıq

Sənin gözlərinə baxdım və anladım

Bəsdir bu qədər dərd, saxlayıram vaxtı

Gəl, məni qurtar ölümdən

Məni çıxar qəfəsdən

Ruhum tək və xəstə

Bir baxışınla gəl, xilas et məni

Gəl, məni qurtar ölümdən

Məni çıxar qəfəsdən

Ruhum tək və xəstə

Bir baxışınla gəl, xilas et məni

Gəl, məni qurtar ölümdən

Məni çıxar qəfəsdən

Ruhum tək və xəstə

Bir baxışınla gəl, xilas et məni

Gəl, məni qurtar ölümdən

Məni çıxar qəfəsdən

Ruhum tək və xəstə

Bir baxışınla gəl, xilas et məni

Gəl, məni qurtar ölümdən

Məni çıxar qəfəsdən

Ruhum tək və xəstə

Bir baxışınla gəl, xilas et məni

(Gəl)

(Xilas et məni)

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā