Təzə Bəy - Manaf Agayev

Təzə Bəy - Manaf Agayev

  • Izlaiduma gads: 2006
  • Valoda: Azerbaidžāna
  • Ilgums: 6:15

Zemāk ir dziesmas vārdi Təzə Bəy , izpildītājs - Manaf Agayev ar tulkojumu

Dziesmas vārdi " Təzə Bəy "

Oriģinālteksts ar tulkojumu

Təzə Bəy

Manaf Agayev

Çəmən güllərindən dəstə bağlayıb

Gəlmişik toyuna sənin, təzə bəy

Arzumdur həmişə toy qismət olsun

Azəri xalqına, görüm, təzə bəy

Bir bax, gülür məclis səadətinlə

Doludur bu sinəm, məni də dinlə

Yüz il ömür edəsən öz sevgilinlə

Baxanlar həsədlə baxsın, təzə bəy

Oğlun, qızın vədəsində dil açsın

Bağçan bar gətirsən, bağın gül açsın

Qoy qapını xeyir işə el açsın

Yaş yetişsin doxsana, yüzə, təzə bəy

Bəzənibdir nə gözəl bu toyxanə məclisimiz

Bəzənibdir nə gözəl bu toyxanə məclisimiz

Şövq eylə şairanə məclisimiz

Qoy hamının qisməti olsun

Belə toylar qoy ömrümüzün ziynəti olsun

Xeyir-duasını ver, ey ata, ana

Xeyir-duasını ver, ey ata, ana

Gəlinimiz ana olsun, bəyimiz ata

Xeyir-duasını ver, ey ata, ana

Gəlinimiz ana olsun, bəyimiz ata

Manafla Pünhan müəllim bu məclisi salıb dastana

Xalqa duaçıyam mən ömrüm boyu

Allah sizi pənahında saxlasın

Saf eşqlə bəzənmiş bu gözəl günü

Allah özü pənahında saxlasın

Bu toy arzulanmış illərdən bəri

Bir mədhlə qovuşur, bir gözəl pəri

Vüsala hyetişən bu iki gənci

Allah özü pənahında saxlasın

Gur yansın gəlinin, bəyin çırağı

Aləmə yayılsın səsi-sorağı

Məclisə gələn hər bir qonağı

Allah özü pənahında saxlasın

Ey könül, var bu ziyafətdə şərafət bu gecə

Ey könül, var bu ziyafətdə şərafət bu gecə

Bir gözəl növrəz üçündü bu gecə

Xəlqidir qüsseyi-qəmdən uzaq olsun, ya rəbb

Xəlqidir qüsseyi-qəmdən uzaq olsun, ya rəbb

Bu səfa məclisinə yetməsin afət bu gecə

Xəlqimiz qüsseyi-qəmdən uzaq olsun, ya rəbb

Bu səfa məclisinə yetməsin afət bu gecə

Toplaşıb yenə dost, aşinalar

Gül, danış sübhə kimi bu gecə

Əziziyəm, bu toyxanədə

Ey dostlar, xəndanınam bu toyxanədə

Allahdan arzum budur

Cəmi subaylar üçün qurulsun belə bir toyxanə

Yolumuza çiçək tutun, gül tutun

Dövrə vurun, yallı gedin, gül tutun

Yolumuza çiçək tutun, gül tutun

Dövrə vurun, yallı gedin, gül tutun

Tənhalığa əlvida deyin bu gün

Tənhalığa əlvida deyin bu gün

Mən yarımı aparmağa gəlmişəm

Öz yarımı aparmağa gəlmişəm

Mən yarımı aparmağa gəlmişəm

Öz yarımı aparmağa gəlmişəm

Çıx qabağa qayınana, qayınata

Mən yarımı aparmağa gəlmişəm

Çıx qabağa qayınana, qayınata

Mən yarımı aparmağa gəlmişəm

Xeyir-dua verin siz də övlada

Xeyir-dua verin siz də övlada

Mən yarımı aparmağa gəlmişəm

Öz yarımı aparmağa gəlmişəm

Mən yarımı aparmağa gəlmişəm

Öz yarımı aparmağa gəlmişəm

Mən yarımı aparmağa gəlmişəm

Öz yarımı aparmağa gəlmişəm

Mən yarımı aparmağa gəlmişəm

Öz yarımı aparmağa gəlmişəm

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā