Zemāk ir dziesmas vārdi Gözləyirəm , izpildītājs - İlqar Muradov ar tulkojumu
Oriģinālteksts ar tulkojumu
İlqar Muradov
Sənsiz qalmışam nə vaxtdır
Yanır hicranın ağ şamı
Gözdən bir gilə yaş axdı
Düşüb ayrılıq axşamı
Bu sevdalı ocağı
Dumanlar alıbdır
Məhəbbətin sorağı
Dodaqda qalıbdır
Nurlu gündüzlərimin
Həsrəti acı
Nigaran xatirələr
Dinər gecələr
Ömürdən keçən hər an
Sevgi möhtacı
Gözlər görüş yeri
Bizim küçələr
Yatmış sevgini oyadaq
Getsin bu ömrün yamanı
İtmiş günlərə qayıdaq
Bitsin intizar zamanı
Bu sevdalı ocağı
Dumanlar alıbdır
Məhəbbətin sorağı
Dodaqda qalıbdır
Nurlu gündüzlərimin
Həsrəti acı
Nigaran xatirələr
Dinər gecələr
Ömürdən keçən hər an
Sevgi möhtacı
Gözləyirəm mən
Hər səhər
Nurlu gündüzlərimin
Həsrəti acı
Nigaran xatirələr
Dinər gecələr
Ömürdən keçən hər an
Sevgi möhtacı
Gözlər bizi
Görüşlər
Gözlər bizi
Görüşlər
Dziesmas dažādās valodās
Augstas kvalitātes tulkojumi visās valodās
Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā