Son Gecə - Cavanşir Quliyev, Айгюн Кязымова

Son Gecə - Cavanşir Quliyev, Айгюн Кязымова

Год
2021
Язык
`Azerbaidžāna`
Длительность
363050

Zemāk ir dziesmas vārdi Son Gecə , izpildītājs - Cavanşir Quliyev, Айгюн Кязымова ar tulkojumu

Dziesmas vārdi " Son Gecə "

Oriģinālteksts ar tulkojumu

Son Gecə

Cavanşir Quliyev, Айгюн Кязымова

O gecə bilsəydim son görüşümdür,

Ömrümü sürərdim səhərə qədər

Sənli anlarımı etməzdim hədər,

Bir daha qoymazdım açılsın səhər…

Bir daha qoymazdım açılsın səhər…

Gəl, gülüm, bir daha gəl dindir məni,

Matəmə batmışam, sevindir məni

Sənsizlik oduna dözə bilmirəm,

Başına dolanım, gəl söndür məni…

Başına dolanım, gəl söndür məni…

Kaş elə bir yuxu aparsın bizi,

Birlikdə qayıdaq həmin gecəyə,

Zaman da bizimlə geriyə dönsün,

Görüşək yuxuda elə görüşək

Ayrılıq atəşı qəlbimdə sönsün…

O gecə bilmədim son gecəmizdir,

Bilsəydim öpərdim yanaqlarından

Min qönçə dərərdim dodaqlarından,

Bilmədim, çox hayıf o çağlarımdan…

Bilmədim, çox hayıf o çağlarımdan…

Gəl, gülüm, bir daha gəl dindir məni,

Matəmə batmışam, sevindir məni

Sənsizlik oduna dözə bilmirəm,

Başına dolanım, gəl söndür məni…

Başına dolanım, gəl söndür məni…

O ipək saçını bir də oxşayım,

Həyatda məhv olan bu varlığıma,

Həyatda məhv olan bu varlığıma,

Elə bir ruh qaytar, qoy mən yaşayım…

Elə bir ruh qaytar, qoy mən yaşayım…

O gecə bilsəydim son görüşümdür,

Ömrümü sürərdim səhərə qədər

O gecə bilsəydim son görüşümdür,

Ömrümü sürərdim səhərə qədər

Nə sən söyləmədim, nə mən bilmədin,

Nə sen söyləmədin, nə mən bilmədim,

Nə mən bilmədim

Nə mən bilmədim

Bilmədim…

Bilmədim…

Bilmədim…

Bilmədim…

Bilmədim…

Vairāk nekā 2 miljoni dziesmu tekstu

Dziesmas dažādās valodās

Tulkojumu pakalpojumi

Augstas kvalitātes tulkojumi visās valodās

Ātrā meklēšana

Atrodiet nepieciešamos tekstus dažu sekunžu laikā